Amir Hossein Eslami

وب نوشت امیر حسین اسلامی

۶ مطلب با موضوع «azeri and turkish» ثبت شده است

MÜBARƏK RƏCƏB AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ

Rəcəb ayı hicri-qəməri aylarının yeddincisidir. İlahi övliyaların bayramı, Allahla raz-niyazın baharı və “istiğfar” ayıdır. Bu ayın birinci gecəsi  çox şərafətli gecədir və həmin gecə bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:

1. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ayını gördüyün zaman belə de:

اللَّهُمَّ بَارِکْ لَنَا فِى رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّیَامِ وَ الْقِیَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَلا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ

Əllahummə barik ləna fi rəcəbin və şə`ban, və bəlliğna şəhrə rəməzan, və əinna ələs-siyami vəl qiyam, və hifzil-lisani və ğəzzil-bəsər, və la təc`əl həzzəna minhul cuə vəl ətəş.

“İlahi, Rəcəb və Şaban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!”

2. Qüsl etmək: İslam Peyğəmbərindən (s) nəql olunur ki, hər kim Rəcəb ay‎nın əvvəlində, ortas‎nda və sonunda qüsl etsə, anadan yeni doğulmuş uşaq kimi günahları‎ bağış‎lanar.

3. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək.

4. Məğrib (şam) namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra “İxlas” surəsini oxunur.

5. İşa namazından sonra iki rükət namaz qılmaq; belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamdan sonra isə otuz dəfə “La ilahə illəllah” və otuz dəfə salavat deyilir.

6. Kəfəminin “Misbah” kitabında gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbülbuxturi Vəhəb ibn Vəhəb imam Sadiqdən (ə), o da Əmirəlmöminin Əlidən (ə) nəql edir ki, o həzrət bütün il boyu dörd gecə hər şeydən əl götürüb, ehya saxlayar və ibadətlə məşğul olardı‎. Rəcəb ay‎n‎n birinci gecəsi, Şaban ay‎n‎n on beşinci gecə, “Fitr” və “Qurban” bayramlar‎n‎n gecələrini. İmam Cavadı‎n (ə) belə buyurduğu nəql olunur: “Bu duanı‎ Rəcəb ay‎nını‎n ilk gecəsində “İşa” namazı‎ndan sonra oxumaq müstəhəbdir:

Əllahummə inni əs`əlukə biənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnəkə əla ma təşau min əmrin yəkun. Əllahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir-rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə bikə təlibəti. Əllahummə binəbiyyikə Muhəmmədin vəl-əimməti min əhli-bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.

“İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir işi yerinə yetirirsən! İlahi, rəhmət peyğəmbəri olan Mühəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz tutmuşam! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz tutmuşam ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Mühəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona və onlara) xatir, hacətimi rəva et!”

Sonra öz hacətlərini istə!

8. Əli ibn Hədid imam Kazimin (ə) gecə namazından sonra səcdədə bu duanı oxuduğunu nəql edir:

“Ləkəl məhmidətu in ətə`tukə və ləkəl huccətu in əsəytuk, la sun`ə li və la liğəyri fi ihsanin illa bik, ya kainu qəblə kulli şəy`, innəkə əla kulli şəy`in qədir. Əllahummə inni əuzu bikə minəl ədiləti indəl məvt, və min şərril mərcii fil quburi və minən-nədaməti yəvməl azifəh, fəəs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc`ələ əyşi işətən nəqiyyətən və mitəti mitətən səviyyəh, və munqələbi munqələbən kərimən ğəyrə muxzin və la fazih. Əllahummə səlli əla Muhəmmədin və alihil əimməti yənabiil hikməti və ulin ni`məh, və məadinil isməh, və`simni bihim min kulli suin və la tə`xuzni əla ğirrəh, və la əla ğəfləh, və la təc`əl əvabiqə ə`mali həsrətən vərzə ənni, fəinnə məğfirətəkə liz-zalimin, və ənə minəz-zalimin. Əllahumməğfir li ma la yəzurrukə və ə`tini ma la yənqusukə, fəinnəkəl vəsiu rəhmətuhul bədiu hikmətuh, və ə`tinis-səətə vəd-dəətə vəl əmnə vəs-sihhəh, vəl buxuə vəl qunuə vəş-şukrə vəl-muafah, vət-təqva vəs-səbrə vəs-sidqə ələykə və əla əvliyaik, vəl yusrə vəş-şukr, və`mum bizalikə ya rəbbi əhli və vələdi və ixvani fikə, və mən əhbəbtu və əhəbbəni və vələdtu və vələdəni minəl musliminə vəl mu`minin, ya rəbbəl-aləmin.

“İlahi, əgər Sənə itaət etsəm, həmd-səna Sənə məxsusdur. Əgər Sənə asi olsam, höccət Sənindir (mənim Sənin dərgahında bir bəhanəm yoxdur). Sən istəməsən, yaxşılıq üçün (öz xeyrimə) nə mənim, nə də başqasının əlindən bir iş gəlməz. Ey hər bir şeydən öncə mövcud olan, ey hər bir şeyi vücuda gətirən, həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, ölüm ayağında inhirafa yuvarlanmaqdan, qəbrə qayıdan şərdən və qiyamət gününün peşmançılığından Sənə pənah gətirirəm! Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən, həyatımı pak-pakizə, ölümümü mötədil, qayıdış mənzilimi xar və rüsvayçılıq deyil, şərafətli qərar verəsən. İlahi, Mühəmməd və onun Əhli-beytinə – imamlara, hikmət qaynaqlarına, nemət sahiblərinə və ismət mədənlərinə salam yetir, onların vasitəsilə məni hər bir pislikdən qoru və qürur və qəflət halında tutma, əməllərimin sonunu əfsus və həsrət qərar vermə və məndən razı ol ki, həqiqətən, Sənin əfv və güzəştin zalımlara aiddir və mən də zalımlardanam! İlahi, Sənə zərər yetirməyən günahlarımı bağışla, məni azalmayan rəhmətinə şamil et ki, həqiqətən, Sənin rəhmətin geniş və sonsuz, hikmətin misilsizdir. Məni firavanlıq, rahatlıq, əmin-amanlıq, sağlamlıq, təvazökarlıq, qənaət, minnətdarlıq, afiyət, təqva, səbir, Sənə və dostlarına qarşı sədaqət, asanlıq və şükür əta et! Ey mənim Rəbbim, (dediklərimdə) əhli-əyalımı, övladlarımı, din qardaşlarımı, istədiklərimi və məni istəyənləri, müsəlman və möminlərdən olan nəslimi və keçmiş əcdadımı mənimlə şərik et, ey aləmlərin Rəbbi!”

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının əməlləri” bölümü.)

Rza Şükürlü

۰۱ فروردين ۹۷ ، ۰۲:۵۳ ۰ نظر موافقین ۰ مخالفین ۰
امیر اسلامی

Rəcəb ayı üçün əlamətdar islami günləri:

Rəcəb ayı üçün əlamətdar islami günləri:

 
19 Mart – 1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövludu;
21 Mart – 3 Rəcəb – İmam Əliyyən-Nəqinin (ə) şəhadəti;
22 Mart – 4 Rəcəb “Ləylətur-rəğaib” (İstəklər gecəsi – Rəcəb ayının ilk cümə axşamından ilk cüməsinə keçən gecə);
28 Mart – 10 Rəcəb – İmam Muhəmməd Təqinin (ə) və imam Hüseynin  oğlu həzrət Əliəsğərin (ə) mövludu;
31 Mart – 13 Rəcəb – İmam Əmirəlmöminin Əlinin (ə) mövludu;
2 Aprel –15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfatı və müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün;
5 Aprel – 18 Rəcəb – Peyğəmbəri-Əkrəmin (s) oğlu İbrahimin  vəfatı; 
12 Aprel – 25 Rəcəb – İmam Kazimin (ə) şəhadəti; 
13 Aprel – 26 Rəcəb – İmam Əlinin (ə) atası həzrət Əbu Talibin vəfatı; 
14 Aprel – 27 Rəcəb – İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün – “Məbəs” bayramı; 
15 Aprel – 28 Rəcəb – İmam Hüseynin  (ə) (60-cı hicri-qəməri ilində) Mədinədən Məkkəyə doğru hərəkət etdiyi gün
۰۱ فروردين ۹۷ ، ۰۲:۵۰ ۰ نظر موافقین ۰ مخالفین ۰
امیر اسلامی
جمعه, ۱۸ اسفند ۱۳۹۶، ۰۷:۵۹ ق.ظ امیر اسلامی
Həyat Fatimeyi Zəhranın (s.ə) tərzi ilə

Həyat Fatimeyi Zəhranın (s.ə) tərzi ilə

Həyat Fatimeyi Zəhranın (s.ə) tərzi ilə.Download






Text file: Həyat Fatimeyi Zəhranın (s.ə) tərzi ilə.

İslami yaşayışın yaradıcısı və İslami həyat tərzinin nümunəsi olan Peyğəməri Əkrəm (s) buyurdu:
"Qızım Zəhraya (s.ə) iqtida (nümunə götürün) edin".
(Məainul-Əxbar, Şeyx Səduq, s.74)
Peyğəmbərin bu göstərişinə əməl etməyin vacibliyi, o Həzrətin səciyyəvi xüsusiyyətlərini və yolunu tanımaqdır.
    Birinci səciyyə: Sadə yaşayış.
İslam peyğəmbərinin əziz qızının cehizi kasıblarınkı kimi, mehriyyəsi isə çox cüzi olmuşdur. O, həmişə dünyanın kiçik arzularını, böyük və mənəviyyatlı arzulara qurban verərdi.
    İkinci səciyyə: Həqiqi mücahid (cihad edən).
Siddiqeyi Kübranın (s.ə) aşkar xüsusiyyətlərindən biri Allah yolunda cihad etməsi, fədakarlığı və yorulmamağıdır. Necə ki, Peyğəmbərin (s) vəfatından sonrakı hadisələrdə Həzrət Əlinin (ə) vilayətini dəstəkləyərək məsciddə xütbə söyləyib mövqeyini bildirərdi.
  Üçüncü səciyyə: Mənəvi məqam.
Bir çox rəvayətlərdə deyilmişdir. Əimmə (ə) müxtəlif məsələlərdə Həzrət Zəhranın (s.ə) müshəfìnə (kitab) müraciət edərmişlər. O müshəfdə bəşəriyyətin bütün mövcud hadisələri deyilmişdir. Bu onu göstərir ki, Allah (c.c) ona gənc yaşlarında uca mərifət və elm bəxş etmişdir. Həmçinin, bu məqam xalis bəndəçilik və həmişə onunla Allah-Təala (c.c) arasında olan əlaqənin təsirləridir.
Dördüncü səciyyə: Nümunəvi abid (ibadət edən).
Həsən Bəsri ibadət və zahidlikdə məşhur olmasına baxmayaraq, Ümmü Əbiha (atasının anası), Həzrət Zəhranın (s.ə) haqqında deyir: 
O, gecənin qaranlığında namaz qılardı və mehrabda o qədər ibadət edərdi ki, mübarək ayağında şiş əmələ gələrdi.
 Beşinci səciyyə: Nümunəvi yoldaş (həyat yoldaşı).
Zəhra Mərziyyə (s.ə) bütün ictimai və fərdi fəaliyyətləri ilə yanaşı,  ev işlərində, həyat yoldaşına xidmətdə, övlad tərbiyəsində  bütün işlərin öhdəsindən gəlirdi. Heç vaxt əziz yoldaşını incitmədi və heç vaxt ona itaət etməkdən boyun qaçırtmadı.
    Altıncı səciyyə: Nümunəvi zahid.
Həzrətin sadə yaşayışından əlavə, onun zöhdü (təqva sahibi) və Allahdan başqasına itaət etməməsi dost və düşmənin dilinin əzbəridir. O, şahlar və şahzadələr kimi bəzəkli paltar geyinə bildiyi halda kasıbların paltarından geyinərdi. Gəlinlik paltarını miskinə (səfìl) verən Odur. Bu səciyyələrə əsasən, İslam peyğəmbəri onu İslam cəmiyyətinə nümunə göstərərək buyurardı:  "Zəhraya iqtida (nümunə götürün)  edin ".


Həzrət Fatimənin (s.ə) mövludunu  Əhli-beyt (ə) tərəfdarlarına təbrik deyirik. Müsəlman qadınların bu həzrətin 

۱۸ اسفند ۹۶ ، ۰۷:۵۹ ۰ نظر موافقین ۰ مخالفین ۰
امیر اسلامی

Hangi ayette Allah kendi vahdaniyetine şehadet etmektedir?

“Şehidallah” suresinin nüzul sebebi nedir?
“Şehidallah” adında bir sure mevcut değildir, sadece Allah’ın kendi vahdaniyetine şehadet ettiği bir ayet bulunmaktadır. Hadislerde ve ardılınca müfessirler arasında bu ayete “şehidallah” ayeti denmektedir.[1] “Allah, melekler ve ilim sahipleri, ondan başka ilâh olmadığına adaletle şahitlik ettiler. O’ndan başka ilâh yoktur. O, mutlak güç sahibidir, hüküm ve hikmet sahibidir.”[2]

Bu ayetin nüzul sebebi hakkında şöyle nakledilmiştir: Hz. Peygamberin (s.a.a) Medine’ye gelişinden sonra Şam Hıristiyanlarından iki kişi Medine’ye gelir ve birbirine bu şehir ahir-i zaman peygamberinin zuhur edeceği şehre ne kadar benzemektedir diye söyler. Onlar, Hz. Peygamberin (s.a.a) yanına gelir, onu sıfatlarından tanır ve sen Muhammed misin diye sorarlar. Hz. Peygamber (s.a.a) evet der. Onlar, Ahmed diye bir lakabın da var mıdır diye sorarlar ve Hz. Peygamber (s.a.a) evet der. Onlar, senden bir soru soracağız ve eğer doğru cevap verecek olursan, seni tasdik edecek ve iman edeceğiz derler. Hz. Peygamber (s.a.a) de sorun der. Onlar, Tanrının kitabında yer alan en yüce şehadet nedir, diye sorarlar. Burada yukarıdaki ayet iner, bu iki şahıs Hz. Peygamberi (s.a.a) tasdik eder ve Müslüman olur.[3]

Bu ayetin tefsirinde de detaylı bahisler bulunmaktadır[4] ve biz burada konuya özet olarak değinmeyle yetiniyoruz. Ayetin en önemli kısmı, Allah’ın kendi vahdaniyetine şehadet etmesidir. Allah’ın şehadetinden kastedilen, sözlü değil, ameli ve fiili şahadettir; yani Allah tek bir düzenin yönettiği, kanunları ve programı her yerde bir sayılan ve gerçekte birbirine bağlı bir birim ve bir düzen olan evreni yaratarak, pratikte evrende Tanrı ve mabudun birden fazla olmadığını ve her şeyin bir kaynaktan beslendiğini göstermiştir.  Bundan dolayı bu tek düzenin icadı, Tanrının kendi zatının bir olduğuna değin şehadet ve tanıklığıdır. Melekler ve bilginlerin şehadet ve tanıklığı ise daha çok kabul etme boyutuyladır. Onların her biri kendi üstün sözleriyle bu hakikati itiraf etmektedirler. Elbette melek ve bilginlerin tanıklığının ameli boyuta da vardır; zira onlar sadece O’na tapar ve başka hiçbir mabuda baş eğmezler.[5] Aynı şekilde Yüce Allah ilgili ayette şöyle buyurmaktadır: İlim sahipleri, O’nun dışında bir mabut olmadığına şehadet eder. Bu, her ilim sahibinin Tanrının afakî ve derunî ayetlerinden O’nun birliğini kesin bir bilgiyle idrak etmesidir; zira bu ayetler onların tüm duyularını kuşatmakta ve akıllarına nüfuz etmektedir.[6] Aynı şekilde “la ilahe illa huve” tevhit kelimesinin tekrar edilmesinin nedeni, Tanrının vahdaniyetini vurgulamak içindir.[7]


[1] Tabersi, Fazl b. Hasan, Mecmeu’l-Beyan Fi Tefsiri’l-Kur’an, Mukaddime: Muhammed Cevad, c. 2, s. 717, İntişarat-ı Nasır Hosrov, Tahran, çap-ı sevvom, 1372 ş.
[2] Ali İmran, 18.
[3] Vahidi Nişaburi, Esbab-ı Nüzul, Tercüme: Zekaveti Feragozlu, s. 53, Ali Rıza, Neşr-i Ney, Tahran, çap-ı evvel, 1383 ş.
[4] Örnek için bkz: Fahrettin Tazi, Ebu Abdullah Muhammed b. Ömer, Mefatihu’l-Gayb, c. 7, s. 168-171, Dar-u İhyai’t-Turasi’l-Arabi, Beyrut, çap-ı sevvom, 1420 k.
[5] Mekarim Şirazi, Nasır, Tefsir-i Numune, c. 2, s. 467, Daru’l-Kütübi’l-İslamiye, Tahran, çap-ı evvel, 1374 ş.
[6] Tabatabayi, Seyid Muhammed Hüseyin, el-Mizan, Fi Tefsiri’l-Kur’an, c. 3, s. 115, Defter-i İntişarat-ı İslamî, Kum, çap-ı pencom, 1417 k.
[7] Fadlullah, Seyid Muhammed Hüseyin, Tefsir-i Min Vahyi’l-Kur’an, nc. 5, s. 271, Daru’l-Melaik li-Tebaati ve’n-Neşr, Beyrut, çap-ı dovvom, 1419 k.
۱۵ مهر ۹۴ ، ۲۲:۲۴ ۰ نظر موافقین ۱ مخالفین ۰
امیر اسلامی

امام حسن (علیه السلام)

[Az]

sabah Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsənin (ə) mövlud günüdür.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

.

[En]

Tomorrow is the birthday of Imam Hassan.

On countless occasions the Prophet emphasized to his companions that "Hassan and Hussein are the names of the inhabitants of Paradise," and again: "Hassan and Hussein are the Leaders of the Youth of Paradise [Sayyadai-Shabaab-e-Ehley Jannah]"; and then again: "Hassan and Hussein are from me, and I am from them."

.

[Ru]

Завтра день рождения любимого внука Пророка (с), старшего сына имама Али (а.с) и дочери Пророка Фатимы (с.а), второго имама мусульман Хасана (а.с).

Имам Хасан (а.с) родился в третий год по лунной хиджре в 15-ый день Священного месяца Рамазан в Медине. После того как стал шахидом его отец, около 10-ти лет был имамом мусульман, в 50-ый год хиджры был отравлен в результате козней Муавиййи. Имам Хасан (а.с) похоронен на кладбище Багги в Медине.

Поздравляем всех мусульман с днем рождения имама Хасана (а.с)!



۱۰ تیر ۹۴ ، ۱۶:۲۷ ۲ نظر موافقین ۱ مخالفین ۰
امیر اسلامی

أَنَّ اللَّهَ هُوَ یَقْبَلُ التَّوْبَةَ


لَمْ یَعْلَمُواْ أَنَّ اللَّهَ هُوَ یَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَ یَأْخُذُ الصَّدَقَاتِ وَ أَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِیمُ

قرآن 9:104

+ [En], [Az], [Fa], [Ru]

to read more in this languages click here

ادامه مطلب...
۰۷ تیر ۹۴ ، ۰۴:۵۶ ۲ نظر موافقین ۱ مخالفین ۰
امیر اسلامی