Həyat Fatimeyi Zəhranın (s.ə) tərzi ilə.Download
İslami yaşayışın yaradıcısı və İslami həyat tərzinin nümunəsi olan Peyğəməri Əkrəm (s) buyurdu:
"Qızım Zəhraya (s.ə) iqtida (nümunə götürün) edin".
(Məainul-Əxbar, Şeyx Səduq, s.74)
Peyğəmbərin bu göstərişinə əməl etməyin vacibliyi, o Həzrətin səciyyəvi xüsusiyyətlərini və yolunu tanımaqdır.
Birinci səciyyə: Sadə yaşayış.
İslam peyğəmbərinin əziz qızının cehizi kasıblarınkı kimi, mehriyyəsi isə çox cüzi olmuşdur. O, həmişə dünyanın kiçik arzularını, böyük və mənəviyyatlı arzulara qurban verərdi.
İkinci səciyyə: Həqiqi mücahid (cihad edən).
Siddiqeyi Kübranın (s.ə) aşkar xüsusiyyətlərindən biri Allah yolunda cihad etməsi, fədakarlığı və yorulmamağıdır. Necə ki, Peyğəmbərin (s) vəfatından sonrakı hadisələrdə Həzrət Əlinin (ə) vilayətini dəstəkləyərək məsciddə xütbə söyləyib mövqeyini bildirərdi.
Üçüncü səciyyə: Mənəvi məqam.
Bir çox rəvayətlərdə deyilmişdir. Əimmə (ə) müxtəlif məsələlərdə Həzrət Zəhranın (s.ə) müshəfìnə (kitab) müraciət edərmişlər. O müshəfdə bəşəriyyətin bütün mövcud hadisələri deyilmişdir. Bu onu göstərir ki, Allah (c.c) ona gənc yaşlarında uca mərifət və elm bəxş etmişdir. Həmçinin, bu məqam xalis bəndəçilik və həmişə onunla Allah-Təala (c.c) arasında olan əlaqənin təsirləridir.
Dördüncü səciyyə: Nümunəvi abid (ibadət edən).
Həsən Bəsri ibadət və zahidlikdə məşhur olmasına baxmayaraq, Ümmü Əbiha (atasının anası), Həzrət Zəhranın (s.ə) haqqında deyir:
O, gecənin qaranlığında namaz qılardı və mehrabda o qədər ibadət edərdi ki, mübarək ayağında şiş əmələ gələrdi.
Beşinci səciyyə: Nümunəvi yoldaş (həyat yoldaşı).
Zəhra Mərziyyə (s.ə) bütün ictimai və fərdi fəaliyyətləri ilə yanaşı, ev işlərində, həyat yoldaşına xidmətdə, övlad tərbiyəsində bütün işlərin öhdəsindən gəlirdi. Heç vaxt əziz yoldaşını incitmədi və heç vaxt ona itaət etməkdən boyun qaçırtmadı.
Altıncı səciyyə: Nümunəvi zahid.
Həzrətin sadə yaşayışından əlavə, onun zöhdü (təqva sahibi) və Allahdan başqasına itaət etməməsi dost və düşmənin dilinin əzbəridir. O, şahlar və şahzadələr kimi bəzəkli paltar geyinə bildiyi halda kasıbların paltarından geyinərdi. Gəlinlik paltarını miskinə (səfìl) verən Odur. Bu səciyyələrə əsasən, İslam peyğəmbəri onu İslam cəmiyyətinə nümunə göstərərək buyurardı: "Zəhraya iqtida (nümunə götürün) edin ".
Həzrət Fatimənin (s.ə) mövludunu Əhli-beyt (ə) tərəfdarlarına təbrik deyirik. Müsəlman qadınların bu həzrətin